Milli Məclis "İşsizlikdən sığorta haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclis "İşsizlikdən sığorta haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib Qanun əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir
Sosial müdafiə
13 iyun 2017 10:58
Milli Məclis İşsizlikdən sığorta haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən növbədənkənar plenar iclasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

Layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı Sığortaolunanların və sığorta edənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsinin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Lahiyə ilk oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi