Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılıb

Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılıb Şuraya idarənin rəis müavini Əsgər Rəsulov sədrlik edəcək
Sosial müdafiə
11 Fevral , 2016 10:25
Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Milli Arxiv İdarəsində Apellyasiya Şurası yaradılıb. 

Bu barədə "Report"a idarədən məlumat verilib.

Məlumata görə, şuranın əsasnaməsi və tərkibi təsdiq edilib. Şura altı nəfər üzvdən və katiblikdən ibarətdir.

Şuraya idarənin rəis müavini Əsgər Rəsulov sədrlik edəcək.

Qeyd edək ki, şura "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Prezidentin 03.02.2016-cı il tarixli fərmanında nəzərdə tutulan tapşırıqlara əsasən yaradılıb. 

Son xəbərlər

Orphus sistemi