Yuxarı

Mikaela Meredit: "ABŞ və Azərbaycan insan alverinə qarşı birgə mübarizə aparır"

İnsan alveri qurbanlarının müəyyən edilməsi və onlara zəruri yardımın göstərilməsi məqsədilə Azərbaycan nazirlikləri ilə iş aparılır

Bakı. 30 iyul. REPORT.AZ/ "ABŞ müasir köləlik hesab olunan insan alverinə qarşı mübarizə məsələsində uzun müddətdir Azərbaycanla əməkdaşlıq edir".

"Report" xəbər verir ki, bu sözləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə direktoru Mikaela Meredit insan alverinə qarşı mübarizə günü münasibətilə təşkil edilən maarifləndirmə kampaniyasının açılışında deyib.

"ABŞ-ın Azərbaycana göstərdiyi yardım hər zaman tərəfdaşlıq formasında olub. "Azərbaycanın inkişaf konsepsiyası - 2020"də göstərilən prioritetlərə uyğun olaraq, ABŞ ölkəyə yardım göstərməkdə davam edir. Bu prioritetlərdən biri insan alverinə qarşı mübarizədir. Biz birlikdə insan alveri qurbanları üçün sığınacaqlar təşkil edir, sosial və reabilitasiya yardımı göstəririk", - deyə M.Meredit bildirib.

O, həmçinin insan alveri qurbanlarının müəyyən edilməsi və onlara zəruri yardımın göstərilməsi məqsədilə Azərbaycanın Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə iş aparıldığını diqqətə çatdırıb.

Sonda M.Meredit əməkdaşlığa görə, Azərbaycana təşəkkür edib və ölkənin cinayətkarlığın bu formasına qarşı mübarizədə atılan addımlarını yüksək qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi