DSMF-in nəzdindəki “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin maaşları artırılıb

DSMF-in nəzdindəki “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin maaşları artırılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Sosial müdafiə
13 Avqust , 2019 11:44
DSMF-in nəzdindəki “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin maaşları artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdindəki dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, “Məzun evi” Sosial Müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub: 

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla)
1. Direktor 845
2. Mühasib, hüquqşünas, psixoloq, anbar müdiri - komendant 505
3. Elektrik avadanlıqlarına baxan – liftçi, çilingər- santexnik, qazanxana maşinisti 450
4. Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, bağban, gözətçi 290

Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi