"Məzun evi"ndə mənzillə təmin edilən kimsəsiz gənclər üçün toy mərasimi keçirilib

"Məzun evi"ndə mənzillə təmin edilən kimsəsiz gənclər üçün toy mərasimi keçirilib "Məzun evi"ndə yaşayan gənc ailələrin sayı 21-ə çatıb
Sosial müdafiə
8 Fevral , 2016 10:18
Məzun evində mənzillə təmin edilən kimsəsiz gənclər üçün toy mərasimi keçirilib

Bakı. 8 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsində mənzillə təmin olunan, hər iki valideynini itirən və valideyn himayəsindən məhrum olan gənclərdən Nuranə Cabbarova ilə bu təbəqədən olan digər gənc Ənvər Pənahinin toy mərasimi təşkil edilib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Nuranə Cabbarovanın ailə qurduğu Ənvər Pənahi də hər iki valideynini itirən və valideyn himayəsindən məhrum olan, 18 yaşı tamam olduqdan sonra dövlət uşaq müəssisəsini tərk edən gənclərdəndir. Bundan sonra o, da həyat yoldaşı Nuranə Cabbarova ilə birgə "Məzun evi"ndə yaşayacaq.

Toy mərasimində iştirak edənlər hər iki gəncə xoş arzularını ifadə edib, sevinclərini bölüşüblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum, kimsəsiz məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilən 120 mənzilli yaşayış binası ötən ilin noyabrında bu təbəqədən olan gənclərin istifadəsinə verilib. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu yaşayış binasına köçürülən hər bir məzuna lazımi məişət avadanlıqları ilə təmin olunan bir mənzil təqdim olunub. Gənclərdən 35 nəfəri elə müəssisənin özündə fəaliyyət göstərən kafedə, bərbərxanada, ticarət salonunda, stolüstü oyunlar və internet zallarında, camaşırxanada işlə təmin ediliblər.

Müəssisənin Nizamnaməsinə əsasən, orada yaşayan gənclər ailə qurduqları halda öz ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək hüquqları vardır və binada mənzillə təmin olunan gənclərdən 20 nəfəri buraya öz ailə üzvləri ilə birgə köçürülüb. Yeni qurulan ailə də nəzərə alınmaqla artıq buradakı gənc ailələrin sayı 21-ə çatır ki, onlardan 16 ailədə 12 uşaq var.  

Son xəbərlər

Orphus sistemi