Yuxarı
    Bağlamaq

    Metronun “Xətai” stansiyası təmirə bağlanır

    Eskalatorlar 50 illik istismar müddətini başa vurub

    Bakı. 28 dekabr. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyası 2018-ci ildə təmirə bağlanacaq.

    Bu barədə “Report”a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

    O xatırladıb ki, "Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib: "Stansiyada olan eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatorlar 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə "Xətai" stansiyasını təmirə bağlayaq".

    N.Paşayev bildirib ki, hazırda "Sahil" stansyasında təmir işləri davam etdirilir: "Böyük ehtimalla "Sahil" stansiyası yayda istifadəyə verildikdən sonra "Xətai" stansiyasını təmirə saxlaya bilərik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi