Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri ilin sonuna yekunlaşacaq

Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri ilin sonuna yekunlaşacaq Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri aparılır.
Sosial müdafiə
18 Sentyabr , 2019 14:28
Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri ilin sonuna yekunlaşacaq

Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri aparılır. 

Nazirlikdən "Report"a verilən məlumata görə, 200 çarpayılıq nəzərdə tutulan müəssisədə müasir tibbi-sosial reabilitasiya infrastrukturu yaradılacaq, əlilliyi olan şəxslərin daha efftektiv və səmərəli bərpa müalicəsi üçün yeni avadanlıqla təchiz olunacaq.

Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Müəssisədə il ərzində 5000-dək stasionar, 1500-dək əlilliyi olan şəxsin ambulator şəraitdə bərpa müalicəsi alması mümkün olacaq. 

Son xəbərlər

Orphus sistemi