Hicran Hüseynova: “Məqsədimiz Azərbaycanda mövcud olan ailə mühitli cəmiyyəti qorumaqdır”

Hicran Hüseynova: “Məqsədimiz Azərbaycanda mövcud olan ailə mühitli cəmiyyəti qorumaqdır” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin görüşü keçirilib
Sosial müdafiə
21 Sentyabr , 2017 18:23
Hicran Hüseynova: “Məqsədimiz Azərbaycanda mövcud olan ailə mühitli cəmiyyəti qorumaqdır”
Report.az

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin görüşü keçirilib. 

“Report” xəbər verir ki, tədbirdə qarşılıqlı əlaqələrin qurulması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Tədbiri Dövlət Komitəsinin sədri Hicran Hüseynova açaraq bildirib ki, dövlət qurumlarının yanında İctimai Şuralar yaradılır: "Bu da Azərbaycan dövləti, dövlət rəhbəri tərəfindən ictimai fikrə verilən önəmin göstəricisidir. İctimai Şuranın yaradılması bizim üçün vacib məsələdir. İŞ-nın yaradılması həm də Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı əsası olmayan məlumatların qarşısının alınmasında bizə yardımçı olacaq. Təklif edərdim ki, hər dəfə mən rayonlara əhali ilə görüşlərə gedəndə Şura üzvlərindən biri də mənimlə getsin. Millətimizin xüsusiyyətlərindən biri ailə mühitli cəmiyyətin olması idi və bizim də istəyimiz bu mühiti qoruyub saxlamaqdır".

Daha sonra tədbirdə İctimai Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışında qarşılıqlı əlaqələrin qurulması, birgə işlərin görülməsindən danışıb.

Qeyd edək ki, bu il iyunun 14-də Dövlət Komitəsində keçirilən seçkidə 9 QHT nümayəndəsi İctimai Şuranın üzvü seçilib. Bunlar “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayeva, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov, “Sağlam Həyat Naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda" İctimai Birliyinin sədri Lyudmila Xəlilovadır. 

Son xəbərlər

Orphus sistemi