Azərbaycanda yaşayış sahəsinin uçot normasının minimal səviyyəsi adambaşına 12 kvadratmetr olacaq

Azərbaycanda yaşayış sahəsinin uçot normasının minimal səviyyəsi adambaşına 12 kvadratmetr olacaq Nazirlər Kabineti mənzil növbəsinə götürmə məsələsində adambaşına düşən norma məsələsindəki problemlərə münasibət bildirib.
Sosial müdafiə
952
10 Mart , 2022 10:43
Azərbaycanda yaşayış sahəsinin uçot normasının minimal səviyyəsi adambaşına 12 kvadratmetr olacaq

Nazirlər Kabineti mənzil növbəsinə götürmədə adambaşına düşən norma məsələsi ilə bağlı problemlərə münasibət bildirib.

“Report”un məlumatına görə, hökumətin 2021-ci il üzrə hesabatında bildirilir ki, Mənzil Məcəlləsinin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərar layihələri və digər ciddi tənzimləyici normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və yekun variantlara baxılır.

Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması artıq təsdiq edilib və adambaşına 16 kvadratmetr müəyyən olunub.

Eyni zamanda, “Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot normasının müəyyən edilməsi barədə” müvafiq layihədə yaşayış sahəsinin uçot normasının minimal səviyyəsi adambaşına 12 kvadratmetr nəzərdə tutulub və yaxın zamanlarda qəbul olunacağı gözlənilir.

"Vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyaci olan şəxslər hesab edilməsi və növbəyə alınması Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir.

Həmçinin Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitin yaxşılaşdırılmasına dair Prezidentin müvafiq sərəncamları ilə hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub", - hesabat sənədindən bildirilib.

Son xəbərlər

Orphus sistemi