Yuxarı

Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Mingəçevirdə vətəndaşları qəbul edəcək
© Report — Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszad

Bakı. 7 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Mingəçevir, Naftalan şəhər, Yevlax, Goranboy, Ağdaş rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul mart ayının 15-də, saat 12:00-da Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. (Ünvan: Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 172)

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in müvafiq regional bölmələrinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Mingəçevir, Naftalan şəhər, Yevlax, Goranboy və Ağdaş rayon Təhsil Şöbələrində 07-14 mart 2018-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbula yazılmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi