Kamran İmanov: "Məktubları göndərdiyimiz beynəlxalq təşkilatın hüquqi mexanizmləri yoxdur"

Kamran İmanov: "Məktubları göndərdiyimiz beynəlxalq təşkilatın hüquqi mexanizmləri yoxdur" Erməni plagiatlığını hüquqi, etimoloji və tarixi cəhətdən də sübut edirik
Sosial müdafiə
1 Mart , 2017 13:11
Kamran İmanov: Məktubları göndərdiyimiz beynəlxalq təşkilatın hüquqi mexanizmləri yoxdur

Bakı. 1 mart. REPORT.AZ/ “XX əsrin ortalarından etibarən erməni plagiatı ilə üzləşirik və bu oğurluğa laqeyd yanaşırdıq. Əslində isə hər bir erməni plagiatına qarşı müəyyən etiraz olmalıdır”.

“Report” xəbər verir ki, bu sözləri Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycana qarşı ermənilərin istifadə etdiyi plagiatçılığa qarşı etirazlar mütəmadi olaraq müvafiq hökumətlərarası orqana göndərilir: “Biz belə hallarla razı deyilik. Erməni plagiatlığını hüquqi, etimoloji və tarixi cəhətdən də sübut edirik. Məktubları göndərdiyimiz beynəlxalq təşkilatın isə hüquqi mexanizmləri yoxdur. Sadəcə Azərbaycanın etirazı qəbul olunur və onların arxivlərində qalır. Eyni zamanda, etirazımız qarşı tərəfə də çatdırılır. Təbii ki, bu məsələ ilə bağlı razılaşmamağımızın özü də vacib addımdır. Bununla bağlı MHA-nın bütün dünyaya yayılan müxtəlif kitabları - “Erməni oğurluqlarının antologiyası”, “Yadelli nağılları” var. Bütün bu və ya digər mənbələrdə erməni plagiatlarının əsassız olduğu göstərilir”.    

Son xəbərlər

Orphus sistemi