Bakı. 28 sentyabr. REPORT.AZ/ Prezident yanında
Məlumata görə, müsabiqə üzrə 846 namizəd qeydiyyatdan keçib. Ən çox namizədin qeydə alındığı dövlət orqanları Energetika Nazirliyi (286 nəfər), Nəqliyyat Nazirliyi (130 nəfər) və Bakı Ağır Cinayətlər Məhkəməsi (101 nəfər) olub.
Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Bakı şəhər Nəsimi Rayon Məhkəməsi üzrə (1 vakant yerə ortalama 44 nəfər) qeydə alınıb.
Xatırladaq ki, test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın internet saytında "Test imtahanlarının qrafiki" bölməsində (www.dqmk.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulan test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınan namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.