Media nümayəndələri qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar

Media nümayəndələri qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.
Sosial müdafiə
26 May , 2022 11:57
Media nümayəndələri qazilərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

"Report" xəbər verir ki, mətbuat nümayəndələri 44 günlük Vətən müharibəsi qazilərinə mərkəzdə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar.

Mərkəzin direktoru Şahin Qurbanov jurnalistlərə məlumat verib ki, postmüharibə dövründə qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir:

"Artıq 2500-dən artıq şəxs bu xidmətlərlə əhatə olunub. Təkcə Bakı Reabilitasiya Mərkəzində isə postmüharibə dövründə 354 qaziyə stasionar və ambulator reabilitasiya xidmətləri göstərilib.

Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilib. Eləcə də postmüharibə dövründə 1400 müharibə əlilinə 18 min reabilitasiya vasitəsi verilib, 2500 hərbçi reabilitasiya xidmətləri ilə təmin edilib. Həmin müharibədə yaralanmış və müalicə kursları bitmiş hərbi qulluqçulardan 2900-dən çox şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Həmçinin onlara e-sistem üzərindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər təyin olunub, birdəfəlik sığorta ödənişləri verilib".

Qazi Rövşən İbadlı iki gündür burada müalicə aldığını bildirib: "Füzuli və Xocavənd döyüşlərində iştirak edib, hər iki ayağımdan qəlpə yarası almışam. Hazırda burada bir çox xidmətlərdən yararlanıram, burada bizə çox gözəl qayğı və diqqət göstərilir".

Son xəbərlər

Orphus sistemi