Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edəcək Qəbulda Beyləqan, Biləsuvar, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından olan vətəndaşlar qatıla bilər
Sosial müdafiə
16 Sentyabr , 2016 19:00
Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Report

Bakı. 16 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 23-də saat 11:00-da Biləsuvar şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 59) keçiriləcək qəbulda Beyləqan, Biləsuvar, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi