Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib

Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında bu rayondakı qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində tam təmirli yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma mərasimi keçirilib.
Sosial müdafiə
24 İyul , 2018 19:48
Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında bu rayondakı qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində tam təmirli yeni mənzillərə köçürülməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Püşkatmada Dövlət Komitəsində yaradılan komissiyanın üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin miqyasından və əhəmiyyətindən danışılıb. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün yaradılmış şəraitdən söhbət açılıb, həmçinin püşkatmanın məqsədi və şərtləri barədə məlumat verilib.

Qeyd olunub ki, ötən il Birinci vitse-prezident xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən müşavirədə Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə baxılıb və 4 min ailənin köçürülməsi ilə bağlı çox ciddi tapşırıqlar verilib. Bundan az sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib və burada tikinti işləri qısa müddətdə başa çatdırılıb. Bakıda qəzalı, ən ağır vəziyyətdə olan binalarda, xüsusən, zirzəmilərdə müvəqqəti məskunlaşan köçkün ailələrinin bu il iyulun 9-dan həmin kompleksdə yerləşdirilməsinə başlanılıb.

Nərimanov rayonundakı “Mayakovski, 8/9, 10” və “Ziya Bünyadov, 30” ünvanlarında yataqxanalarda yaşayan və püşkatma mərasimində iştirak edən 132 məcburi köçkün ailəsinin də həmin qəsəbəyə köçürüləcəkləri bildirilib.

Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, “Qobu Park” yaşayış kompleksində, əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

Püşkatma mərasimində iştirak edən məcburi köçkünlərdən Kamil Hacıyev (Füzuli rayonu), Mürşüd Səfərov (Zəngilan rayonu), Həqiqət Teymurova (Ağdam rayonu) və başqaları onlara göstərilən xüsusi dövlət qayğısını yüksək dəyərləndirərək, zəruri infrasrukturla təchiz edilmiş, tam təmirli yeni mənzillərə köçürüldükləri üçün hədsiz sevinc hissi keçirdiklərini bildirib, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi