Məcburi köçkünlərə verilən aylıq müavinətin artırılması 566 min nəfərə şamil olunacaq

Məcburi köçkünlərə verilən aylıq müavinətin artırılması 566 min nəfərə şamil olunacaq Nazir müavini: "Artımın maliyyələşdirilməsinə ilin sonunadək 11 milyon 3 min manata yaxın əlavə büdcə vəsait sərf olunacaq"
Sosial müdafiə
18 Yanvar , 2016 11:55
Məcburi köçkünlərə verilən aylıq müavinətin artırılması 566 min nəfərə şamil olunacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ "Sərəncama əsasən, 566 min nəfər məcburi köçkünə yemək xərci üçün verilən aylıq müavinət 10 faiz artırılacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. 

Onun sözlərinə görə, artımın maliyyələşdirilməsinə ilin sonunadək 11,3 mln. manata yaxın əlavə büdcə vəsait sərf olunacaq.
Nazir müavini bildirib ki, dövlət başçısının fərmanına əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə aylıq Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata qaldırılıb: "II qrup əlillər üçün təqaüd 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaq. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir".

Son xəbərlər

Orphus sistemi