May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənilib

May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.
Sosial müdafiə
26 May , 2022 16:06
May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

ƏƏSMN-dən "Report"a verilən məlumata görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

"Beləliklə, may ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 13-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib", - nazirlikdən vurğulanıb.

Son xəbərlər

Orphus sistemi