May ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

May ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir
Sosial müdafiə
15 May , 2015 14:38
May ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Bakı. 15 may. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi mayın 14-də tam yekunlaşıb.

Ümumilikdə bu ilin 4 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 4 ayı ərzində fondun gəlirləri 988,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,3 faiz və ya 31,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 564,5 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 370,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz və ya 31,5 milyon manat çoxdur. Bu ilin 4 ayı ərzində fondun xərcləri 965,7 milyon manat olub və bunun 949,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi