Masallıda “ASAN həyat” kompleksi açılıb

Masallıda “ASAN həyat” kompleksi açılıb Prezident İlham Əliyev Masallıya səfəri çərçivəsində kompleksin açılışını edib
Sosial müdafiə
3 Sentyabr , 2016 11:19
Masallıda “ASAN həyat” kompleksi açılıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində “ASAN həyat” kompleksinin açılışında iştirak edib.

"Report" xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.

Son xəbərlər

Orphus sistemi