​Martın 29-da Azərbaycan yay vaxtına keçəcək

​Martın 29-da Azərbaycan yay vaxtına keçəcək Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir
Sosial müdafiə
19 Mart , 2015 10:43
​Martın 29-da Azərbaycan yay vaxtına keçəcək

Bakı. 19 mart. REPORT.AZ/ Mart ayının 29-u Azərbaycan Respublikasında yay vaxtına keçiləcək. Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. 

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Son xəbərlər

Orphus sistemi