Yuxarı

​Mədəniyyət və Turizm Naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Nazir Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək

Bakı. 4 sentyabr. REPORT.AZ / Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cari ilin sentyabr ayının 10-da saat 11:00-da Qəbələ şəhərinin Mədəniyyət Mərkəzində (28 may küçəsi, 40) Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report"  Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, qəbula yazılmaq istəyən vətəndaşlar nazirliyin elektron poçt ünvanına (mct@mct.gov.az), elektron xidmətlər saytına (mct.gov.az) və ya qaynar xətt ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi