Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili qeyd olunub - FOTO

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili qeyd olunub - FOTO "2016-cı il Azərbaycan xalqı, həmçinin Lənkəran üçün uğurlu olub"
Sosial müdafiə
30 Dekabr , 2016 11:55
Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili qeyd olunub - FOTO

Lənkəran. 29 dekabr. REPORT.AZ/ Lənkəran şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

"Report"un Cənub bürosunun məlumatına görə, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov şənlik iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib. O bildirib ki,  2016-cı il Azərbaycan xalqı, həmçinin Lənkəran üçün uğurlu olub.

İcra başçısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə söhbət, ulu öndərin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və birliyinin möhkəmlənməsindən, onların tarixi Vətənlə əlaqələrinin güclənməsindən, azərbaycançılıq ideyası ətrafında birləşməsindən danışıb, diaspor quruculuğunun Azərbaycan üçün önəmli olduğunu vurğulayıb.

T.Qaraşov daha sonra Prezident İlham Əliyevin daxili və xarici siyasətindən danışdı, Azərbaycanın çiçəklənən diyara çevrilməsini qeyd edib: "Bütün bölgələrdə olduğu kimi, Lənkəranda da həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işləri həyata keçirilib. 2017-ci ildə qazanılan uğurların daha da inkişaf etdiriləcək, yeni proqram və layihələr yerinə yetiriləcək".

T.Qaraşov Lənkəranın təhsil, səhiyyə, mədəniyyət sahələrində, ictimai-siyasi həyatında, quruculuq və abadlıq işlərində fərqlənən bir qrup şəxsə ŞİH-nin fəxri fərmanlarını və qiymətli hədiyyələrini təqdim edib.

Lənkəranın incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri ilə davam edib.

Son xəbərlər

Orphus sistemi