Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib - FOTO

Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib - FOTO Şəhid ailələrinə və əlillərə yardım olunub
Sosial müdafiə
19 Yanvar , 2018 16:40
Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib - FOTO

Lənkəran. 19 yanvar. REPORT.AZ/ Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər İcra Hakimiyyətində Ümumxalq Hüzn Günü münasibətilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib. 

Görüş Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşü açaraq 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların qəhrəmanlığından söhbət açıb: "20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. Ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələri və əlilləri dövlət qayğısı ilə əhatələnib, onların maddi-məişət şəraiti, iş və mənzillə təminatı yaxşılaşdırılıb".

Görüşdə çıxış edən şəhid ailə üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhidlərin il mərasimlərinin keçirilməsindən ötrü onların ailələrinə müvafiq yardımlar olunub.

Son xəbərlər

Orphus sistemi