Lənkəranda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - FOTO

Lənkəranda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - FOTO Tədbirin sonunda bayram konserti nümayiş olunub
Sosial müdafiə
1 İyun , 2017 18:02
Lənkəranda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib - FOTO
Report.az

Bakı. 1 iyun. REPORT.AZ/ Lənkəran rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənə ilə qeyd olunub.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Mədəniyyət Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimləri, şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçiləri, uşaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva və digər rəsmi şəxslər Mədəniyyət Mərkəzinin foyesində açılmış uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra tədbirdə ümumtəhsil və musiqi məktəbləri, məktəbəqədər təhsil müəssisələrinin şagird və uşaq kollektivlərinin iştirakı ilə hazırlanmış bayram konserti nümayiş olunub. Konsertdən sonra ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlarla görüşünü əks etdirən video-çarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi