Lənkəranda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib

Lənkəranda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib Ötən il 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edib
Sosial müdafiə
11 Yanvar , 2017 19:37
Lənkəranda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lənkəran rayonunda inşa olunan 9 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlıumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Lənkəran rayon İcra Hakimiyyətinin, əlil təşkilatlarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il respublikamızın rayon və şəhərlərində yeni fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilən mənzillər istifadəyə verilməklə 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edib. Bu təbəqələrdən olan insanlar üçün hazırda respublikamızın bölgələrində yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminat növləri – pensiya və ya sosial müavinətlərlə, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edildikləri, eləcə də onların uşaqlarına, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənildiyi, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub. Həmin insanlar üçün qanunvericiliklə nəzərdə tutulan imtiyaz və güzəştlərdən, müharibə əlillərinin tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərdən də bəhs olunub.

Sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 3 ədədi Qarabağ müharibəsi əlillərinin, 6 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

Son xəbərlər

Orphus sistemi