LDU-da məzun yarmarkası keçirilib

LDU-da məzun yarmarkası keçirilib Lənkəran. 21 may. REPORT.AZ/ Lənkəran Dövlət Universitetində açıq qapı günü və məzun yarmarkası keçirilib.
Sosial müdafiə
21 May , 2018 16:23
LDU-da məzun yarmarkası keçirilib
Report
0 : 00
0 : 00

Lənkəran. 21 may. REPORT.AZ/ Lənkəran Dövlət Universitetində açıq qapı günü və məzun yarmarkası keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, “Məzun-2018” proqramı çərçivəsində açıq qapı günü və məzun yarmarkasına Lənkəranla yanaşı, cənub bölgəsində fəaliyyət göstərən 50 dövlət və özəl müəssisə 250 boş (vakant) iş yeri çıxarıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.

Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun builki və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru Natiq İbrahimov bu elm ocağında tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən danışıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 360 məzuna iş probleminin həllində dəstək olduğunu, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.

Natiq İbrahimov universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi ilə bu ildən praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi laboratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə məqsədi ilə universitetə 5 hektar təcrübə sahəsinin ayrıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, növbəti tədris ilindən universitetdə daha bir neçə yeni ixtisasda kadr hazırlığına başlanacaq.

Qeyd edək ki, LDU-da açıq qapı günü mayın 23-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi