Yuxarı

Latviyanın rifah naziri Azərbaycana səfər edəcək

İki ölkənin uyğun nazirlikləri arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması nəzərdə tutulub

Bakı. 1 dekabr. REPORT.AZ/ Latviyanın rifah naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlir. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata görə, dekabrın 3-də başlayacaq səfərdə məqsəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyətləri səviyyəsində görüşün keçirilməsi, iki nazirlik arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir. Nazirlikdən bildirilib ki, aparılacaq müzakirələrin nəticələrinə uyğun olaraq iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulub.

Nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra digər rəsmi görüşlər keçirəcəyi də planlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi