Kürdəmirdə məktəblərin qarşısında təhlükəsizlik tədbirləri görülür

Kürdəmirdə məktəblərin qarşısında təhlükəsizlik tədbirləri görülür Sentyabrın 15-dən etibarən ilkin olaraq I-IV sinif şagirdləri üçün tədris ili və körpələr üçün uşaq baxçaları fəaliyyətə başlayır. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi Sentyabrın 5-dən Oktyabrın 5-ə qədər ölkədə “Uşaq aylığı” keçirir.
Sosial müdafiə
1065
11 Sentyabr , 2020 13:24
Kürdəmirdə məktəblərin qarşısında təhlükəsizlik tədbirləri görülür

Sentyabrın 15-dən etibarən ilkin olaraq I-IV sinif şagirdləri üçün tədris ili və körpələr üçün uşaq baxçaları fəaliyyətə başlayır. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi Sentyabrın 5-dən Oktyabrın 5-ə qədər ölkədə “Uşaq aylığı” keçirir.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayonunda da rayon  Polis Şöbəsinin DYPB-nin əməkdaşları  rayon ərazisində yerləşən məktəblərin və məktəbə qədər tədris ocaqlarının qarşısında şagirdlərin gediş-gəlişinin tam təhlükəsizliyi məqsədilə piyada keçidlərində rəngləmə işlərinə başlayıblar.

Bundan başqa rayon ərazisində istismar müddətini başa vurmuş yol nişanları da yeniləri ilə əvəz olunur.Hazırda bu işlər rayonun bütün küçə və prospektlərində  mütəşəkkil qaydada davam etdirilir.Məqsəd tədris ili ərzində baş verə biləcək avto-nəqliyyat hadisələrinin qarşısını almaq və piyadaların təhlükəsizliyini təmin etməkdir.Hazırda  Kürdəmir rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları rayon ərazisində gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi