Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Koronavirusla Mübarizəyə Dəstək Fondu üzrə ödənişlər inteqrasiya olunub.
Agentlikdən "Report"a verilən məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem üzərindən istənilən yerdən, 24/7 rejimində ödəyə bilər.
Fonda ödəniş etmək istəyən şəxs
Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqani 7 publik hüquqi şəxs, dövlətə məxsus 10 hüquqi şəxs və 2 təhsil müəssisəsiolmaqla 241 dövlət qurumunun cərimə, vergi rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 600-dən artıq xidməti üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilir.
Koronavirusla Mübarizəyə Dəstək Fondu19 mart 2020-ci il tarixində Prezident