​Konstitusiya Məhkəməsinə cəmiyyəti maraqlandıran məsələlərlə bağlı 27 sorğu ünvanlanıb

​Konstitusiya Məhkəməsinə cəmiyyəti maraqlandıran məsələlərlə bağlı 27 sorğu ünvanlanıb Ombudsman Elmira Süleymanova Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri ilə görüşüb
Sosial müdafiə
10 İyul , 2015 18:57
​Konstitusiya Məhkəməsinə cəmiyyəti maraqlandıran məsələlərlə bağlı 27 sorğu ünvanlanıb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkədə səfərdə olan Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri xanım Lali Papiaşvili və cənab Otar Sicinavanıni qəbul edib.

"Report" xəbər verir ki, görüş zamanı Ombudsman Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin mühüm prioritetlərdən olduğunu, demokratiyanın inkişaf etdiyini vurğulayaraq, beynəlxalq hüquq normalarına, qanunun aliliyinə əməl olunmasının zəruriliyini qeyd edib.

E. Süleymanova 2001-ci ildə Avropa İnsan Haqları Konvensiyasının Azərbaycan tərəfindən ratifikasiyasından dərhal sonra “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edildiyini və 2 iyul 2002-ci il tarixdə Azərbaycanın ilk Ombudsmanının seçildiyini bildirib.

Görüşdə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Protokolun icrasının təmin edilməsi barədə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunduqdan sonra bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün Ombudsmanın ölkədə azadlıqdan məhrum edilmiş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlandığı müəssisələrə müntəzəm baxışlar keçirdiyi vurğulanıb.

Ombudsman təsisatının digər dövlət orqanları ilə yanaşı, Konstitusiya Məhkəməsi ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Müvəkkilin mandatına uyğun olaraq, ölkə həyatında cəmiyyəti maraqlandıran və narahat edən ən aktual məsələlərlə bağlı Konstitusiya Məhkəməsinə indiyədək 27 sorğu ünvanlanıb. Həmin sorğulardan 17-i üzrə bu məhkəmənin Plenumu, 10 iş üzrə isə Palata tərəfindən qərarlar qəbul edilib.

L. Papiaşvili Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində zəngin və çoxşaxəli fəaliyyətini, həmçinin təsisatın ölkə Konstitusiya Məhkəməsi ilə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və məhkəmənin digər məsul əməkdaşları iştirak etmişlər.

Son xəbərlər

Orphus sistemi