​Konstitusiya Məhkəməsi Milli Məclisə iki məcəlləyə dəyişiklik etməyi tövsiyə edib

​Konstitusiya Məhkəməsi Milli Məclisə iki məcəlləyə dəyişiklik etməyi tövsiyə edib Rayon məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb
Sosial müdafiə
8 May , 2015 18:42
​Konstitusiya Məhkəməsi Milli Məclisə iki məcəlləyə dəyişiklik etməyi tövsiyə edib

Bakı. 8 may. REPORT.AZ/ Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. “Report”un xəbərinə görə, iclasda Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair Astara Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarla Cinayət Məcəlləsinin 188-ci və İnzibati Xətalar Məcəlləsinin 70-ci maddələrinin bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hüquqi müəyyənlik və mütənasiblik prinsipləri baxımından təkmilləşdirilməsi Milli Məclisinə tövsiyə edilib.

Cinayət və inzibati xətalar qanunvericiliklərinin müvafiq normalarının təkmilləşdirilməsi həyata keçirilənədək, hüquqtətbiqedici orqanlar meşə fondu torpaqlarına qarşı yönələn hüquqazidd əmələ görə təqsiri olan şəxsi inzibati və ya cinayət məsuliyyətinə cəlb edərkən, əməlin ictimai təhlükəlilik dərəcəsini, mülkiyyətçiyə, ətraf mühitə və s. vurulmuş zərərin ağırlıq dərəcəsini nəzərə almaqla, onun hərəkətlərini müvafiq olaraq Cinayət Məcəlləsinin 188-ci maddəsi və ya İnzibati Xətalar Məcəlləsinin 70-ci maddəsi ilə tövsif etməlidirlər.

Son xəbərlər

Orphus sistemi