Komitə sədri: "Ünvanlı sosial yardımla bağlı Milli Məclisdə dinləmələr keçiriləcək"

Komitə sədri: "Ünvanlı sosial yardımla bağlı Milli Məclisdə dinləmələr keçiriləcək" Hadi Rəcəbli: "Azərbaycanda ünvanlı sosial yardımın yeni modeli hazırlanır"
Sosial müdafiə
28 Yanvar , 2016 12:45
Komitə sədri: Ünvanlı sosial yardımla bağlı Milli Məclisdə dinləmələr keçiriləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ "Azərbaycanda ünvanlı dövlət sosial yardımın yeni modeli hazırlanır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, yeni modellə bağlı parlamentdə dinləmələrin keçirilməsi nəzərdə tutulur: "Dinləmələrdən sonra məsələyə Milli Məclisdə bir də baxılacaq və müvafiq qərar qəbul ediləcək".

H.Rəcəbli bildirib ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımının verilməsinin qanunvericilik bazası yaradılanda Polşa modeli əsas götürülüb: "Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. Əvvəllər 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb. Sənədlərə bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni islahatlar aparmaq istəyirlər".  

Son xəbərlər

Orphus sistemi