Komitə sədri: "Son sərəncam maaş və pensiyalarla bağlı öhdəliklərimizin yerinə yetirilməsi deməkdir"

Komitə sədri: "Son sərəncam maaş və pensiyalarla bağlı öhdəliklərimizin yerinə yetirilməsi deməkdir" “Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısının "Əhalinin sosial rifah
Sosial müdafiə
738
16 Oktyabr , 2021 17:50
Komitə sədri: Son sərəncam maaş və pensiyalarla bağlı öhdəliklərimizin yerinə yetirilməsi deməkdir
İlham Əliyev

“Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısının "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı da bu siyasətin məntiqi davamıdır. Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşlarımızın sosial rifahının gücləndirməsinə gətirib çıxaracaq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, dövlətin sosial-iqtisadi imkanları genişləndikcə vətəndaşların sosial rifahının artırılması istiqamətində ardıcıl tədbirlər görülür: “Hələ 2018-ci ildə cənab Prezidentin seçkiqabağı proqramında qarşıya qoyduğu məqsəd ondan ibarət idi ki, gəlirlərin verdiyi dividentləri xalqın sosial rifah halının yaxşılaşmasına yönəltmək lazımdır. Cənab Prezident əhalinin sosial rifah halının yüksəldilməsini, dərin sosial islahatlar həyata keçirərək Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməyi qarşıya məqsəd qoyub. Onu da qeyd edim ki, dövlət başçısı tərəfindən 2019-cu ildə imzalanan çoxsaylı fərman və sərəncamlarla sosial sahədə dərin islahatlar aparılıb. Sosial islahatlar paketi ilə ölkəmizdə orta aylıq nominal əmək haqqının məbləği 40 %, əmək pensiyalarının orta məbləği 60 %, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artrılıb. Bununla da Azərbaycan həm minimum, həm də orta aylıq pensiya üzrə MDB ölkələri arasında ən öncül yerə çıxa bilib. Həmin ənənələr sonrakı dövrlərdə də davam edib. Ancaq təəssüflər olsun ki, ötən il pandemiya şəraiti bu prosesləri biraz ləngitmiş oldu. Pandemiyanın Azərbaycan iqtisadiyyatının artmasına mane olmasına baxmayaraq bununla mübarizə aparmaq və insanlarımızın zərər çəkməməsi istiqamətində Prezident İlham Əliyev müvafiq sərəncam və fərmanlar imzaladı. Onu da vurğulayım ki, dövlət başçısı şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onlara dövlət qayğısının artırılması daim diqqət mərkəzindədir”.

Parlamentin komitə sədri bildirib ki, Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” yeni sərəncamı Azərbaycanda sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edəcək: “Bu sərəncam ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Sərəncamın icrası ilə bağlı da gələn ilin dövlət büdcəsində əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması nəzərdə tutulur. Qeyd edim ki, Azərbaycan Avropa Sosial Xartiyasını imzalamış dövlətlərdən biridir. Biz üzərimizə düşən vəzifələrin bir çoxunu həyata keçirə bilmişik və bu istiqamətdə də işlər davamm etdirilir. O cümlədən, orta aylıq pensiyanın minimum pensiyaya, orta aylıq pensiyanın orta aylıq əmək haqqına, orta aylıq əmək haqqının minimum əmək haqqına nisbəti Avropa Xartiyasında nəzərdə tutulan rəqəmlər səviyyəsinə gəlib çatmaqdadır. Cənab Prezidentin bu sərəncamından sonra yəqin ki, Avropa Xartiyasında maaş və pensiya məsələlərində üzərimizə düşən öhdəliklərin hamısının yerinə yetirilməsinə nail olmuş olacağıq”.

Son xəbərlər

Orphus sistemi