Komitə sədri: "2004-2017-ci illərdə əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 18,2 dəfə artıb"

Komitə sədri: "2004-2017-ci illərdə əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 18,2 dəfə artıb" Bakı. 12 aprel. REPORT.AZ/ “2017-ci ildə dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11,0 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə çoxdur”.
Sosial müdafiə
12 Aprel , 2018 11:49
Komitə sədri: 2004-2017-ci illərdə əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 18,2 dəfə artıb

Bakı. 12 aprel. REPORT.AZ/ “2017-ci ildə dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 2003-cü ilə nisbətən 11,0 dəfə, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 18,2 dəfə çoxdur”.

“Report” xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

T.Budaqov qeyd edib ki, ölkədə əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin - əlillərin, ahılların və uşaqların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilir, aztəminatlı vətəndaşların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə onlara dövlət tərəfindən müxtəlif sosial müavinətlər təyin olunur: “2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə sosial müavinət və ya kompensasiya təyin olunmuş şəxslərin sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 376,1 min nəfər təşkil edib”.

Son xəbərlər

Orphus sistemi