Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Park Bulvar”da əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilir.
"Report"un xəbərinə görə, 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.
Dekabrın 1-dək davam edəcək satış sərgisində əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunur.