Kənd təsərrüfatı texnikası işlədənlərə yeni sürücülük vəsiqəsi verilib

Kənd təsərrüfatı texnikası işlədənlərə yeni sürücülük vəsiqəsi verilib Səyyar xidmətdən 150-dən çox sürücü faydalanıb
Sosial müdafiə
7 May , 2016 15:39
Kənd təsərrüfatı texnikası işlədənlərə yeni sürücülük vəsiqəsi verilib

Quba. 7 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi Qubada səyyar xidmət təşkil edib.

"Report" xəbər verir ki, səyyar xidmət çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında çalışan mexanizatorlara sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi təşkil olunub. Hər bir vəsiqənin dəyişdirilməsi banka rüsum ödəməklə ərizə əsasında qısa zamanda həyata keçirilib. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi daşıyan, eləcə də vaxt itkisinin qarşısının alınması üçün təşkil olunan səyyar xidmətdən 150-dən çox sürücü faydalanıb. Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin qəbulu elektron qaydada təmin edilir.

Müfəttişliyin rəisi Ağakişi Alıyev "Report"a bildirib ki, səyyar xidmət qrupu kənd təsərrüfatı sahəsində işlərin çoxluğunu nəzərə alaraq, vətəndaşlara göstərilən xidmətin daha asan və şəffaf keçirilməsi məqsədilə yaradılıb. Onun sözlərinə görə, səyyar qrup vasitəsilə ölkədə kənd təsərrüfatı texnikası sürən sürücülərin sürücülük vəsiqələri dəyişdiriləcək: "Bu məqsədlə Azərbaycanın 8 bölgəsində imtahan qeydiyyat məntəqələri yaradılıb. Bu məntəqələr vasitəsilə ölkənin bütün regionlarında sürücülük vəsiqələri dəyişdiriləcək".

Son xəbərlər

Orphus sistemi