Kənd sakinlərinin yarım əsrlik problemi bir aya həll olunacaq

Kənd sakinlərinin yarım əsrlik problemi bir aya həll olunacaq Kürdəmirin mərkəzindən 15 kilometr aralıda yerləşən Şilyan kəndində 50 ildən artıqdır ki, içməli su problemi həll edilmir.
Sosial müdafiə
12 Oktyabr , 2021 11:42
Kənd sakinlərinin yarım əsrlik problemi bir aya həll olunacaq

Kürdəmirin mərkəzindən 15 kilometr aralıda yerləşən Şilyan kəndində 50 ildən artıqdır ki, içməli su problemi həll edilmir.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hazırda 6 minə yaxın əhalisi olan Şilyan kəndində heç Sovetlər dövründə də içməli su olmayıb. Əsasən maldarlıqla məşğul olan kənd əhalisinin təhlükəsiz içməli su ilə təmin edilməsi üçün 2020-ci ilin noyabr ayında Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə subartezian quyularının qazılmasına start verilib. Şilyan kəndində qısa müddət ərzində - 2021-ci ilin fevral ayında quyu tam qazılaraq istifadəyə hazır olub. Lakin sakinlər ilk dəfə kəndə içməli suyun verilməsini səbirsizliklə gözlədikləri bir vaxtda, qazma işləri aparan şitkətin əməkdaşları quyunu istismara vermədən ərazini tərk ediblər.

“Azərsu” ASC-nin 2 nömrəli Regional Su-Kanal İdarəsinin sahə rəisi Suliddin Quliyev “Report”a bildirib ki, Şilyan kəndinnin əhalisinin içəməli suya olan təlabatında yaranan problemlərdən xəbərdardır.

Sahə rəisi kəndin ərazisində qazılan subartezian quyusunun istismara verilmədən şirkət əməkdaşlarının oranı tərk etmələri məsələsinə də münasibət bildirib. O, qeyd edib ki, hazırda bu işlə məşğul olan əməkdaşlar Ucar rayonundakı subartezian quyusunun tamamlama işləri ilə məşğuldurlar: “Oktyabr ayının 15-dən sonra Şilyan kəndindəki subartezian quyusunda tamamlama işlərinə başlanacaq və noyabr ayının birinci ongünlüyündə quyudakı işlər tam başa çatdırılacaq. Kənd camaatının istifadəsinə veriləcək. Bunula da Şilyan kənd camaatının suya olan tələbatı tam ödəniləcək.

Son xəbərlər

Orphus sistemi