​Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

​Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər
Sosial müdafiə
27 Yanvar , 2016 09:31
​Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

Bakı. 27 yanvar. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən yanvarın 29-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Qəbulda yalnız Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində yanvarın 28-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi