Yuxarı

Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 29-da Masallı şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda yalnız Masallı, Cəlilabad, Lənkəran, Lerik, Astara, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi 17) aprelin 28-i saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi