Kəmaləddin Heydərov Daşkəsən şəhərində vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Daşkəsən şəhərində vətəndaşları qəbul edib "Müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb"
Sosial müdafiə
29 Aprel , 2015 17:45
Kəmaləddin Heydərov Daşkəsən şəhərində vətəndaşları qəbul edib

Bakı. 29 aprel. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Daşkəsən şəhərində vətəndaşları qəbul edib. 

FHN-dən "Report"a verilən məlumata görə, qəbulda Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 193, digər məsələlərlə bağlı müraciət edən 98 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Son xəbərlər

Orphus sistemi