Yuxarı
    Bağlamaq

    ​“Keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərara dəyişikliklər edilib

    Nazirlər Kabineti bu barədə qərar qəbul edib

    Bakı. 5 iyul. REPORT.AZ/ Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarında dəyişikliklər edilib.

    "Report" xəbər verir ki, qərar prezidentin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən qəbul olunub.

    Dəyişikliklərə əsasən, qərarın 1. 1-ci hissədə “xərclərinin, ödənilməsi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi isə” sözləri “xərclərinin, keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi” sözləri ilə əvəz edilib.

    2. 5-ci hissədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi