Keçən il işə cəlb edilən uşaqların sayı açıqlandı

Keçən il işə cəlb edilən uşaqların sayı açıqlandı 2019-cu ildə 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkar edilib.
Sosial müdafiə
153
8 May , 2020 10:41
Keçən il işə cəlb edilən uşaqların sayı açıqlandı

2019-cu ildə 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib. 

Hesabata əsasən, uşaq əməyinin qarşısının alınması və qanunauyğun formada tətbiq edilməməsi ilə əlaqədar hüquq mühafizə və digər orqanlardan daxil olan məlumatlar əsasında inzibati tədbirlər gücləndirilib və nəticədə həmin faktlar əsasında vəzifəli şəxslərə İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.8-ci maddəsinə əsasən 8 600 manat məbləğində inzibati cərimə tətbiq olunub.

Eyni zamanda 1 halda isə uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi faktı aşkar edilib və bu faktla əlaqədar vəzifəli şəxsə İXM-nın 192.9-cu maddəsinə əsasən 3 000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi