Yuxarı
    Bağlamaq

    Keçən il Azərbaycanda 60 mindən çox nikah qeydə alınıb

    51,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8 təşkil edib

    Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanda ötən ilin yanvar-noyabr ayları ərzində 51,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8 təşkil edib.

    “Report”un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

    Qeydiyyat şöbələri tərəfindən 2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

    Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 3104 nəfər gələn və 1709 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1359 nəfər təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi