Keçən il 17 TSEK sədri işdən çıxarılıb

Keçən il 17 TSEK sədri işdən çıxarılıb Bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib
Sosial müdafiə
7 May , 2021 11:59
Keçən il 17 TSEK sədri işdən çıxarılıb

“Hazırda 3 saylı DOST mərkəzində komissiya sədri yoxdur, həkim sayı da azdır. Keçən il aparılan islahatlar vaxtı 17 TSEK (Tibbi-Sosial Ekspert Komissiyası) sədri işdən çıxarıldı”.

“Report” xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev “Sosial saat”da deyib.

O qeyd edib ki, bəzilərinin də işi Prokurorluğa göndərilib: “Ona görə o sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır. Biz çalışırıq ki, harda Komissiya sədrləri varsa, vətəndaşları onlara yönləndirək”.

Son xəbərlər

Orphus sistemi