Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb Ünvanlı sosial yardım təyin olunan ailələrin sayının azalması təyin olunan yardımların məbləğinin yüksəlməsi ilə müşahidə olunur
Sosial müdafiə
18 Fevral , 2015 17:30
Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Bakı. 18 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında ölkədə 107 761 ailə (470 237 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 38 675 ailə (168 673 nəfər ailə üzvü), yəni 26,4 faiz azdır. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ünvanlı sosial yardım təyin olunan ailələrin sayının azalması təyin olunan yardımların məbləğinin yüksəlməsi ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləği isə 10,3 faiz artaraq 31,83 manata yüksəlib.

Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 222 589 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 305 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 5 822 nəfər təşkil edir. Hazırda yardım alan ailələrin 30 823-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir.

Son xəbərlər

Orphus sistemi