Ekspert: “Karantin müddətinin uzadılması ictimai nəqliyyat üçün problem yaratmayıb”

Ekspert: “Karantin müddətinin uzadılması ictimai nəqliyyat üçün problem yaratmayıb” Ölkədə tətbiq olunan karantin rejimi müddətində ciddi nəzarət altında fəaliyyət göstərən və əhalinin təhlükəsizlik və rahatlığının təmin edilməsi istiqamətində üzərinə əsas yük düşən sektorlardan biri də ictimai nəqliyyat sektorudur. 31 mart 2020-ci il saat 22:00-dan Bakı metrosunun fəaliyyətinin dayandırılması isə sərnişindaşıma sahəsində səlahiyyətli qurumlardan biri kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) məsuliyyətini daha da artırıb. Üstəgəl, 18 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Sosial müdafiə
508
25 Aprel , 2020 14:44
Ekspert: “Karantin müddətinin uzadılması ictimai nəqliyyat üçün problem yaratmayıb”

Ölkədə tətbiq olunan karantin rejimi müddətində ciddi nəzarət altında fəaliyyət göstərən və əhalinin təhlükəsizlik və rahatlığının təmin edilməsi istiqamətində üzərinə əsas yük düşən sektorlardan biri də ictimai nəqliyyat sektorudur. 31 mart 2020-ci il saat 22:00-dan Bakı metrosunun fəaliyyətinin dayandırılması isə sərnişindaşıma sahəsində səlahiyyətli qurumlardan biri kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) məsuliyyətini daha da artırıb. Üstəgəl, 18 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov “Report”a açıqlamasında bildirib ki, karantin müddətinin uzadılması ictimai nəqliyyatda birbaşa olaraq çox da ciddi problemə səbəb olmayıb:

“Bu gün ictimai nəqliyyat sektoru insanların təhlükəsiz şəkildə və hər hansı ləngimə olmadan bir məntəqədən digərinə daşınması funksiyasını üzərinə götürüb. Metro xətlərinin də bağlı olması səbəbilə sərnişinlərin böyük qismi avtobuslardan istifadə edir. BNA-nın əsas məqsədi xəttə buraxılan avtobusların sayını artırmaq, xüsusilə də iritutumlu avtobusların istifadəyə verilməsidir ki, insanların rahat şəkildə daşınması həyata keçirilsin. İkinci prioritet isə təhlükəsizliyin təmin edilməsidir. Əsasən də, koronavirus şəraitində təhlükəsiz daşınma olduqca vacib məsələdir. Bu istiqamətdə avtobusların içində sosial məsafə tətbiq edilir, salonda sıxlıq yaşanmasın deyə sürücülər nisbətən az sayda sərnişin götürməyə məcbur olur. Bu kimi tədbirlərin həyata keçirilməsi ictimai nəqliyyatdan istifadə edənlərin təhlükəsiz şəkildə daşınmasına xidmət edir. Karantin rejiminin tətbiq edildiyi ilk vaxtlarda bu sahədə müəyyən problemlər var idi. Xüsusən, günün pik saatlarında dayanacaqlarda çox saylı insanların toplaşması, sərnişinlərin avtobuslarda sosial məsafə gözləməməsi, qoruyucu maska və ya əlcəklərdən istifadə etməməsi müşahidə olunurdu. Sonrakı mərhələdə isə maarifləndirmə işlərinin aparılması, əlavə avtobusların xəttə buraxılması və digər tədbirlər bu problemləri qismən aradan qaldırdı”.

Ekspert qeyd edib ki, sərnişinlər arasında da avtobusların fəaliyyəti ilə bağlı ciddi narazılıqlar müşahidə edilmir:

“Faktiki olaraq bu gün hərəkətdə olan sərnişinlər karantin rejiminin qaydalarına uyğunlaşıb və elə də gözəçaracaq dərəcədə problemlər yaşanmır. İctimaiyyətin ümumi gedişata reaksiyası və ya sosial şəbəkədə gedən müzakirələrdən də görürük ki, bu gün ictimai nəqliyyat sektorunda ciddi problemlər yaşanmır. Kifayət qədər sayda avtobusların xəttə buraxılması, iritutumlu avtobusların istifadəyə verilməsi, yollarda tıxacın olmaması avtobusların hərəkətində intensivliyin qorunmasına xidmət edir. Əvvəllər insanlar dayanacaqda hansısa avtobusu uzun müddət gözləməli olduqlarından şikayət edirdilər. Bunun səbəblərindən biri də yollarda yaşanan tıxac idi. Nəticədə avtobuslar bəzən müəyyən olunmuş vaxtda dayanacağa çatmırdı. Bu kimi məsələlər mövcud karantin rejimində öz həllini tapıb. Fəal müdaxilələr nəticəsində bu məsələlərlə bağlı çox ciddi problemlər yaşanmır. Sərnişinlərin də narazılığına səbəb olacaq ciddi məsələlər yoxdur. Hansısa xırda problemlər varsa, o da zaman keçdikcə həllini tapacaq”.

Son xəbərlər

Orphus sistemi