​"Azərsu": "Bakıda və rayonlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur"

​"Azərsu": "Bakıda və rayonlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur" "Su mənbələrindən, magistral xətlərdən, anbarlardan, təhsil, səhiyyə, iaşə və digər obyektlərdən götürülən su nümunələri mütəmadi yoxlanılır"
Sosial müdafiə
31 İyul , 2015 18:02
​Azərsu: Bakıda və rayonlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur

Bakı. 31 iyul. REPORT.AZ/ "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Səhiyyə Nazirliyinin bəzi içməli sularda aşkar etdiyi nöqsanlarla bağlı yaydığı məlumatın bəzi kütləvi informasiya vasitələrində təhrif olunan formada verildiyini bildirib. ASC-nin mətbuat xidmətindən "Report"a bildirilib ki, həmin materialların birinci və ikinci abzaslarında bəhs olunan məsələlər qarışdırıldığı üçün oxuculara çaşdırıcı məlumatlar verilib.

Belə ki, bir sıra mətbu orqanlar Səhiyyə Nazirliyinin yaydığı məlumatın birinci abzasında göstərilənlərdən çıxış edərək Binəqədi, Nizami, Qaradağ rayonlarına verilən içməli suyun çirkli olması barədə məlumatlar yayıblar: "Halbuki rəsmi məlumatın birinci hissəsində adıçəkilən rayonlarda ərazinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələsindən bəhs olunub və bunun istehlakçılara verilən içməli suyun keyfiyyəti ilə bağlılığı yoxdur. Maraqlıdır ki, bəzi mətbu orqanlarda nazirliyin məlumatı olduğu kimi yerləşdirilsə də, mətnlərin başlıqları kontekstdən çıxarılaraq verilib, bilavasitə içməli suyun çirkli olması məsələsi ilə əlaqələndirilib".

"Azərsu" ASC bir daha bəyan edir ki, bu cür məlumatlar reallığı əks etdirmir: "Hazırda Bakı şəhərində və regionlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur. Su mənbələrindən, magistral xətlərdən, anbarlardan, təhsil, səhiyyə, iaşə və digər obyektlərdən götürülən su nümunələri mütəmadi yoxlanılır".

Son xəbərlər

Orphus sistemi