“İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

“İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar arasında təşkil edilən şahmat üzrə “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub.
Sosial müdafiə
1 Dekabr , 2022 13:06
“İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar arasında təşkil edilən şahmat üzrə “Zəfər turniri”nin final mərhələsi və “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub.

ƏƏSMN-dən "Report"a verilən məlumata görə, nazirliyin tabeliyindəki DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

İştirakçılar əvvəlcə istedadlı pensiyaçıların və Mərkəzin benefisiarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər aparılan sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımları qeyd edib.

Nazir müavini 400-dən çox pensiyaçının qatıldığı, onların intellektual idman növü olan şahmat üzrə bacarıqlarını nümayiş etdirməsinə, həmçinin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edən “Zəfər turniri”nin əhəmiyyətini vurğulayıb.

Həmçinin incəsənətin bir çox sahələrini əhatə edən “İstedadlı pensiyaçı” layihəsindən bəhs edilib. Pensiyaçılar arasında aktiv və sağlam həyat tərzinin təbliğinə, onlarda nikbinlik, özünəinam hissinin artmasına yönələn bu kimi layihələrin davam etdiriləcəyini vurğulayıb.

Turnirin final mərhələsi başlayıb və gərgin keçən mübarizədə I yeri tutan Həmzə İsmayılova, II yeri tutan Mehman Hacıyevə və III yeri tutan Tarıyel Bayramova diplom və mükafatlar, Aydın Ələkbərova həvəsləndirici mükafat, turnirin ən yaşlı fəal kişi iştirakçısı Vaqif Axundova və ən yaşlı fəal qadın iştirakçısı Fəridə Minlikeyevaya təşəkkürnamələr təqdim edilib.

Sonra “İstedadlı pensiyaçı” layihəsinin təqdimatı olub. İstedadlı pensiyaçılardan ibarət ansambl musiqi proqramı ilə çıxış edib. Pensiyaçıların ifasında mahnılar, milli rəqslər, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından fraqment təqdim olunub. Layihə iştirakçılarına təşəkkürnamələr verilib.

Son xəbərlər

Orphus sistemi