“İşsizlikdən sığorta haqqında" qanuna dəyişikliklər ediləcək

“İşsizlikdən sığorta haqqında" qanuna dəyişikliklər ediləcək “İşsizlikdən sığorta haqqında" qanuna yenidən dəyişikliklər həyata keçiriləcək".
Sosial müdafiə
294
28 Yanvar , 2022 12:16
“İşsizlikdən sığorta haqqında qanuna dəyişikliklər ediləcək

“İşsizlikdən sığorta haqqında" qanuna yenidən dəyişikliklər həyata keçiriləcək".

“Report” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib.

Onun sözlərinə görə, kvota üzrə iş yerlərini dolduran işəgötürənlərə əlavə iş yerlərinin açılması müqabilində iş yerinin 100 % maliyyələşdirilməsi təmin ediləcək: "Bu istiqamətdə artıq işlərə başlanılıb. Hazırda həmin layihə üzərində iş gedir. Əgər işə götürən iş yeri üzrə kvotanı doldurduqda əlavə iş yerinin maliyyələşdirilməsi İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına həyata keçirəcəyik”.

Sədr müavini bildirib ki, bu il üçün bir çox yeniliklər olacaq: “Digər aktiv məşğulluq tədbirlərimiz olacaq. Vətəndaşlar da təkliflərini verə bilər. Artıq hədəf ölkələr müəyyən edilib, onların təcrübəsi də öyrənilir”.

Son xəbərlər

Orphus sistemi