Yuxarı

Nazirlik işdən çıxarılan 5 nəfəri əvvəlki işlərinə bərpa edib

​Yanvar ayında 38 988 manat həcmində gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

Bakı. 16 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin yanvar ayında ümumilikdə 38 988 manat həcmində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu vəsaitin 22 765 manatı əmək haqlarından, 2 640 manatı zərərə görə ödənclərdən, 13 583 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin gecikdirilməsi halları əsasən sahibkarlıq subyektlərində aşkar edilib.

Qeyd olunan sahəyə dövlət nəzarətinin gücləndirilməsi yanvar ayında gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalmasına səbəb olub. Eyni zamanda, son bir ayda qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilən 5 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi